“ƏDV geri al” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fiziki şəxs olan istehlakçıların ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada aldığı yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması prosesi də davam etdirilir.
ƏDV depozit hesabı ilə bağlı qaydalarda dəyişikliklər edilib - VERGİDƏN ŞƏRH
FED.az bu barədə Vergi Xidmətinə istinadən xəbər verir.
Ötən 2 ayda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılan məbləği 6,2 milyon manata yaxın olub.