İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş verginin tətbiqi hüququ məhdudlaşdırılmayıb.
Eləcə də bax: Şadlıq saraylarında qiymətlər bahalaşıb - Monitorinq
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər.
Bu halda vergitutma obyektindən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.
Həmçinin Vergi Məcəlləsinə görə, vergiödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergiödəyicisinin vəzifəsidir. (Azərbaycan)