Bu ilin yanvar-fevral aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 37,3 milyon manata yaxın təşkil edib, proqnozdan əlavə 1,5 mln. manata yaxın vəsait ödənilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 29,9 milyon manatı ötüb.
İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 163,3 milyon manatdan çox olub, proqnozdan əlavə 5,5 mln. manatdan artıq vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 115,7 milyon manata yaxın olub.











