İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısına dəyişiklik edilib.
Azərbaycanda ƏDV-dən azad olunmuş publik hüquqi şəxslərin siyahısı genişləndirilib - FƏRMAN
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Siyahıya müasir suvarma sistemlərinin tətbiq edildiyi ərazisi 5 hektardan az olmayan istixana təsərrüfatlarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və ayaqqabı detalları (bərkidilmiş və ya bərkidilməmiş əsas içlikli ayaqqabı üstünün biçilmiş üzləri daxil olmaqla) qoyulma içliklər, dabanlıqlar və analoji məmulatlar; getrlər, qamaşlar və analoji məmulatlar və onların detalları daxil edilib.
Həmin siyahı ilə bu linkdən tanış olmaq mümkündür.