Laçın şəhərində gündəlik tələbat məmulatlarının pərakəndə satışı fəaliyyəti göstərən işğaldan azad edilmiş ərazinin rezidenti “Dirçəliş” MMC-nin məzənnə fərqindən gəlirləri yaranıb. Bu gəlirlər də mənfəət vergisindən azaddırmı?
Vergi və sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə - CİNAYƏT MƏSULİYYƏTİ - VİDEO
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, Vergi Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi satışdankənar gəlirlərə aiddir.
Qeyd olunanlara əsasən, işğaldan azad edilmiş ərazinin rezidenti olan MMC-nin satışdankənar gəlirləri həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunmuşdursa, mənfəət vergisindən azaddır.
Əsas: Vergi Məcəlləsinin 227.5-ci maddələri.