Fiziki şəxs icarə müqaviləsi bağlamadıqda hansı maliyyə sanksiyaları ilə üzləşə bilər?
İşğaldan azad edilmiş ərazilərdə - ƏDV NECƏ QAYTARILIR
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, "İcarə haqqında" Azərbaycan Respublikası qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə əməliyyatının bütün şərtləri məhz icarə müqaviləsi ilə tənzimlənir.
Məlumata əsasən, Vergi Məcəlləsinin 24.1-ci maddəsinə görə, daşınan və daşınmaz əmlak üçün icarə haqqından Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilibsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
Digər tərəfdən ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, bu pozuntuya yol verən vergiödəyicisi (icarəçi) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası ilə üzləşə bilər. Əlavə olaraq, müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər ötmüş gün üçün vergiödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
Eyni zamanda, icarə müqaviləsi olmadan vergiödəyicisi öz təsərrüfat subyektini vergi orqanında uçota ala bilməyəcək və buna görə də Vergi Məcəlləsinin 58.2-1 maddəsinə əsasən 400 manata qədər sanksiya ilə üzləşə bilər.