Banner

Vergilər

“İslahat icmalı” xüsusi buraxılışı

“İslahat icmalı” xüsusi buraxılışı | FED.az
10:33 8 May 2020

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat icmalı”nın xüsusi buraxılışı Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasına həsr edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Sosial sığorta haqqında Qanununda dəyişiklik edilməsi barədə layihə Milli Məclisə təqdim olunub.

 FED.az xəbər verir ki, İİTKM-in maliyyə analitiki Ayaz Museyibov bildirir ki, icmalda pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həm vergi, həm də sosial sığorta yükünün azaldılması üzrə müvafiq qanun layihələrində nəzərdə tutulan maddələr əsaslı dəstək tədbirlərinin iterativ davamıdır və pandemiyanın resessiv trendlərinin önlənməsinə xidmət edir. İcmalda tətbiq edilməsi nəzərdə tutulan müvəqqəti vergi rejiminin güzəştləri və tətbiq dairəsi, qüvvədə olma müddəti ilə bağlı qanunvericiliyə təklif olunan əsas dəyişikliklər əks olunub. Eyni zamanda sosial sığorta yükünün azaldılması üzrə nəzərdə tutulan ümumi müddəalar, tətbiq edilməsi nəzərdə tutulan yeni sığorta tarifləri və bu tariflərini hər iki mərhələ üzrə qüvvədə olma müddəti və və əsas güzəştlər barədə məlumatlar təqdim olunub. Həm vergi, həm də sosial sığorta yükünün azaldılması üzrə nəzərdə tutulan güzəşt tədbirləri sahibkarlıq subyektlərinin vergi və sosial öhdəliklərini ödəmə qabiliyyətinin qorunması, onların maliyyə dayanıqlılığının təmin edilməsinə müsbət təsir göstərəcəkdir.

“İslahat icmalı”nda maliyyə yükünün azaldılması, vergi tətilinin verilməsi, tətbiq olunan güzəştlərin əsas təsir dairəsi, eyni zamanda qanunvericiliyə edilmiş digər dəyişiklik və əlavələr müqayisəli formada təqdim olunub

Qeyd edək ki, “İslahat icmalı” ilə icmallar bölümündə tanış olmaq mümkündür. (file:///D:/Desktop/Islahat_Icmali_Vergi.pdf)

Digər xəbərlər

Banner