Azərbaycanda daha bir fişinq dələduzluğu ilə bağlı fakt qeydə alınıb.
FED.az kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, dələduzlar fişinq hücumu təşkil etmək məqsədilə ƏDV-nin qaytarılması sisteminin (edvgerial.az) müvəkkil bankı olan "Kapital Bank"ın "BirBank" mobil tətbiqini hədəfə alıb. Fişinq hücumu saxta – edvgerial.com sayt üzərindən təşkil olunub.
"Belə fişinq hücumlarının qurbanı olmamaq üçün internet resursların ünvanlarına diqqət yetirmək vacibdir", - Mərkəzin məlumatında deyilir. (Apa)