Azərbaycana idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaz 3 il aksiz vergisindən azad edilib.
Eləcə də bax: Azərbaycanın ötənilki idxalının 64%-i - ƏDV-yə Cəlb Olunmayıb
FED.az xəbər verir ki, bu, prezident İlham Əliyevin dünən imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Başqa sözlə, vergidən azadetmə – 2021-ci il yanvarın 1-dən 3 il müddətinədək davam edəcək.