Nazirlər Kabineti “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 8 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib.
Vergi Məcəlləsində dəyişikliklər ilə bağlı flayerlər hazırlanıb və internetdə yerləşdirilib
FED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanda hüquqi və fiziki şəxslərin əmlak vergisi üzrə büdcə itkilərinin hesablanması metodologiyası eyniləşdirilib. Bunun üçün Qaydanın 3.1.8-ci yarımbəndinə edilmiş dəyişiklik olunub.
Xatırladaq ki, Vergi Məcəlləsinin 198.1-ci maddəsinə görə, fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini fərqli qaydada və müxtəlif dərəcələrlə ödəyirlər.