Vəkil qurumu (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s. ) vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılmış, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətlərini əlaqələndirən hüquqi şəxs olacaq.
Eləcə də bax: Aksizli malların nağd qaydada satılmasına görə cərimə müəyyənləşir - MƏBLƏĞ
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Mövcud layihənin hazırlanmasının məqsədi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə vəkillik fəaliyyəti üzrə vergitutma məsələlərini dəqiqləşdirən müddəaların daxil edilməsi ilə əlaqədar “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda “vəkil qurumu” anlayışının təsbit edilməsinə və dəqiqləşdirilməsinə zərurət yaranıb.