Azərbaycanda dövlət qurumlarının bir hissəsinin yerləşdiyi «Hökümət evi»nin inzibati binasının istismar idarəsi MMC-yə çevrilib.
FED.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, «Hökümət evi»nin inzibati binasının istismar idarəsi adını və təşkilati-hüquqi formasını dəyişərək «İnzibati binaların istismarı mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edir.