Şəxsi istifadəm üçün xaricdən avtomobil sifariş etmək istəyirəm. İstehsal tarixi 2017-ci il və mühərrikinin həcmi 2000 sm³ olan hibrid avtomobilin idxalı ƏDV-yə cəlb edilirmi?
Azərbaycanda istehsal edilən avtomobillər - ƏDV-dən AZAD OLUNACAQ
FED.az xəbər verir ki, Vergi Məcəlləsinin 164.1.41-1-ci maddəsinə əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 sm³-dən çox olmayan hibrid avtomobillərinin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib.
Eyni zamanda Vergi Məcəlləsinə əsasən, 1 yanvar 2023-cü ildən azad olma müddəti 2026-cı il yanvarın 1-dək 1 il müddətinə uzadılıb. Qeyd olunanlara əsasən, istehsal tarixi 3 ildən yuxarı olan hibrid avtomobillərinin idxalı vergi məcəlləsi ilə müəyyən edilən ümumi qaydada 18% dərəcə ilə ƏDV-ə cəlb edilir. (vergilər.az)