Azərbaycan vətəndaşlarının xaricdən şəxsi istifadəsi üçün mallar gətirməsi və poçtla alınması ilə bağlı Nazirlər Kabinetinini yeni qərarı bu gündən qüvvəyə minir.
Çatdırma şirkətlərinə pis xəbər: Gömrük rüsumsuz məbləğ - 3 DƏFƏ AZALDILDI
FED.az xəbər verir ki, söhbət NK-nin 305 saylı qərarına dəyişiklik edilməsi haqqında yeni qərardan gedir.
Gömrükdən rüsumsuz gətirilən malların - HƏCMİ AZALDILDI – YENİ QƏRAR
Yeni qaydalara görə, fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb. Belə ki, indiyədək vətəndaş ay ərzində şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə - poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi.
Azərbaycanın xaricdəki səfirliklərində işləyənlər - MAŞIN ALVERİ EDİRMİŞ
Yeni dəyişikliyə görə bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni, vətəndaş artıq intenet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir.
1500 dollardan 800 dollara endirildi - GÖMRÜK GÜZƏŞTLƏRİ SƏRTLƏŞDİ
Sözügedən qərarda ən çox mübahisə obyekti olan məqəamlar aylıq post göndərişləri limitinin 1000 dollardan 300 dollara endirilməsi, eləcə də sözügedən 300 dollarlıq limitin cəmi bir dəfə istifadə olunması ilə bağlı idi. Belə ki, ilkin izahlara görə, ölkə vətəndaşları bu limitdən ayda cəmi 1 dəfə istifadə edə bilərdilər və istənilən məbləğlə istifadədən sonra limit bitirdi. Amma bununla bağlı yaranan narazılıqdan və geniş ictimai mühzakirələrdən qərəra aydınlıq gətirildi. Məlum oldu ki, vətəndaşlar aylıq limiti keçməmək şərtilə 300 dollar daxilində istənilən qədər poçti göndərişi ala bilərlər.
Xaricdən avtomobil gətirilməsi ilə bağlı – DAHA BİR MƏHDUDİYYƏT – YENİ QƏRAR
Rəsmi açıqlamaya görə, vətəndaş daşıyıcı şirkətlə razılaşmaqla ay ərzində bir neçə dəfə sifariş etdiyi məhsulu gömrük və ya daşıyıcı şirkətə məxsus anbarda saxlamaqla bir dəfəyə bəyan edib, yaxud gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməklə hissə-hissə bu prosesi həyata keçirə bilər.
Gömrükdən rüsumsuz gətirilən malların - HƏCMİ AZALDILDI – YENİ QƏRAR
Yeri gəlmişkən, qərar təkcə gömrükdən gətirilən mallara deyil, xaricdən avtoombil gətirilməsi qaydasına da aiddir. Belə ki, qərara əsasən səfirliklərdə çalışanların ölkəyə qaydarkən özləri ilə avtomobil gətirilməsi məhdudlaşdırılacaq.
Xaricdən avtomobil gətirilməsi ilə bağlı – DAHA BİR MƏHDUDİYYƏT – YENİ QƏRAR