“Astara” gömrük postunun ərazisində yük maşınlarının yoxlanılması üçün “NUCTECH PB2028TD Fixed Scanner”rentgen qurğusunun, “Astara” dəmir yolu gömrük postunda “HCVT-60” tipli X-RAY rentgen-nəzarət qurğusunun tikintisi və quraşdırılması işləri yekunlaşıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Tvitter hesabında paylaşım edib.
Komitə sədri bildirib ki, e.customs.gov.az portalında “Açıq məlumatlar” bölməsi yaradılıb.
“Bu bölmə vasitəsilə müraciət formaları, daşıma şirkətləri üçün müvafiq məlumatların portala yüklənmə qaydaları, DGK-nin elektron sistemlərində istifadə olunan təsnifatlar əldə edilir”.
“İdxal mallarına dair təqdim olunan gömrük bəyannamələri üzrə tətbiq ediləcək gömrük nəzarəti formasının seçilməsi məqsədilə risk ehtimalı yaradan göstəricilər üzrə avtomatlaşdırılmış “Bəyannamənin Risk Direktivi” layihəsi test edilmək üçün hazırdır”, - o bildirib.