2023-cü ildə Azərbaycanda toplanan Əlavə Dəyər Vergisinin məbləği 2022-ci ilin proqnozu ilə müqayisədə 300 milyon manat və ya 5% artıq olacaq.
FED.az xəbər verir ki, bu barədə 2023-cü ilin dövlət büdcəsinin layihəsində nəzərdə tutulur.
Layihəyə əsasən 2023-cü ildə Əlavə Dəyər Vergisi kimi 6 milyard 10 milyon maatın yığılması nəzərdə tutulur.
Xatırladaq ki, 2022-ci ildə ƏDV planı 5 milyard 719 milyon manat idi.