Son illərdə yaradılan “YAŞAT” Fondu, Koronavirusla Mübarizəyə Dəstək Fondu və digər bu kimi fondlara köçürmə edən vergiödəyicilərinə Vergi Məcəlləsinə edilən dəyişikliklə güzəştlər nəzərdə tutulub.
Eləcə də bax: "Vergi yoxlamalarının sayı azalsa da, vergi məbləği 4 dəfə artıb"
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergiödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il yanvarın 1-dən 10 il müddətinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi üzrə isə – 2021-ci il yanvarın 1-dən 8 il müddətinə vergidən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız ödənişlərə tətbiq edilir.
Qeyd olunub ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə edilmiş əlavəyə əsasən, 2021-ci ilin yanvarın 1-dən 8 il müddətinədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara ödənilmiş vəsaitlərin həmin hesabat ili üzrə əldə edilmiş mənfəətin 10 faizindən çox olmayan hissəsi qədər mənfəətdən azaldılmasına yol veriləcək.