Vətəndaş şirkətdən deyil, fiziki şəxsdən nağdsız qaydada ev aldıqda ƏDV-nin faizini geri ala bilərmi?
İcarə müqaviləsi bağlayan fiziki şəxsin - Vergi Öhdəliyi Yaranırmı?
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi alıcıya geri qaytarılır.
Qeyd olunub ki, mənzil bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmadığı halda ƏDV-nin geri qaytarılması mümkün deyil.
Fiziki şəxslərin mülkiyyətində olan yaşayış sahələri satış zamanı ƏDV-yə cəlb edilmir və notariuslar tərəfindən alqı-satqı zamanı ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.