Fermer kimi vergidən azad edildiyim üçün vergi hesabatım yoxdur. Lakin ipoteka krediti almaq ücün məndən vergilərə dair hesabat istəyirlər. Bilmək istərdim ki, hesabatı necə verməliyəm?
Azərbaycanda vergi ödəməyənləri - BİABIR EDƏCƏKLƏR - YENİLİK
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və məhsul satışından əldə olunan hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.
Məlumat üçün bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalını həyata keçirən şəxslər də, digər vergi ödəyciləri kimi, ilk növbədə vergi orqanında uçota durmalı, bu fəaliyyət üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli və vergi orqanına bəyan etməlidirlər.
Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 33-cü, 34-cü, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 199.9-cu, 218-1-ci maddələri