Mən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul oluram və qüvvədə olan sabit qəbzin müddətinin bitməsinə az qalıb. Bilmək istəyirəm ki, sabit qəbzin onlayn şəkildə alınması məqsədilə elektron kabinetə daxil olmaq üçün yenə də elektron imza olmalıdırmı?
Nağdsız ödənişlərdən imtina edənlərə maliyyə sanksiyaları tətbiq ediləcək - VİDEO
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 13.2.72-ci maddəsində edilmiş və 2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alan, habelə mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olunmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər gücləndirilmiş elektron imza olmadan vergi orqanı tərəfindən verilən kod-parol vasitəsilə elektron kabinetə daxil ola bilərlər.
Buna əsasən, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi vergi orqanı tərəfindən verilən kod-parol vasitəsilə elektron kabinetinə daxil olmaqla “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınması üçün elektron qaydada müraciət edə bilər.
Xidmətdən o da bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi orqanı ilə vergi ödəyicisi arasında müəyyən olunmuş formada razılaşma müqaviləsi bağlanıldıqda fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarını tam məbləğdə ödədikdən sonra “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” vergi orqanına müraciət etmədən 1 iş günündən gec olmayaraq elektron qaydada verilir.
Əsas: Vergi Məcəlləsinin 13.2.72-ci və 221.8.5-ci maddələri