Qanunvericiliyə uyğun olaraq işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.
Fiziki şəxsə icarə haqqını ödəyən şəxsin - HANSI VERGİ ÖHDƏLİYİ YARANIR?
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsin fəaliyyəti ilə əlaqədar digər əraziyə getməsi isə ezamiyyə hesab olunmur.
Bununla yanaşı, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Bu səbəbdən vergiödəyicisi gəlirin əldə olunması ilə bağlı xərclərini müvafiq qaydada rəsmiləşdirməklə gəlirdən çıxa bilər.