Fərdi sahibkar vergi orqanına ərizə ilə müraciət edərək uçota alınıb. Sahibkar bank hesabı açmaq üçün nə etməlidir?
Sahibkarların vergi yükü - AZALDILACAQ
Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, vergiödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank hesablarını açmaq və aparmaq hüququ olan kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna müraciət etdikdə bank əməliyyatları aparan şəxslər vergiödəyicilərinə hesablar açır.
Açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün müvafiq məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərir.
Lakin qeyd olunan dəyişikliklər 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək və həmin tarixədək vergiödəyiciləri tərəfindən
bank hesablarının açılması əvvəlki qaydada vergi orqanlarından şəhadətnamə-dublikat əldə edilməklə həyata keçirilir.
Qeyd olunanlara əsasən, cari il oktyabrın 1-dən vergiödəyicisi bank hesabı açmaq üçün vergi orqanına ərizə təqdim etmir
və birbaşa olaraq bank əməliyyatları aparan şəxslərə müraciət edir.