İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə bir çox vergi və rüsumlarla bağlı güzəştlər nəzərdə tutulub. Bəs digər ərazilərdə uçota alınan və fəaliyyət göstərən vergi ödəyiciləri vergi uçotunu işğaldan azad edilmiş əraziyə dəyişməklə həmin ərazidə fəaliyyət göstərmək istəyirsə, bu zaman Məcəllənin XIX fəslində nəzərdə tutulan vergi güzəştləri onlara da tətbiq olunacaqmı?
Qarabağda sahibkarlar hansı güzəştli maliyyə mexanizmlərindən yararlana bilər? - VİDEO
FED.az xəbər verir ki, “Vergi və mühasibatlıq zirvəsi - 2024” platformasında səsləndirilən bu suala İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev aydınlıq gətirib. Onun sözlərinə görə, bunun üçün vergi ödəyiciləri müəyyən şərtlərə əməl etməlidirlər:
“Bildiyiniz kimi, Vergi Məcəlləsində işğaldan azad edilmiş ərazilərin rezidenti olan vergi ödəyicilərinə xüsusi vergi güzəştləri nəzərdə tutulur. Həmin güzəştlər işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və bilavasitə həmin ərazidə fəaliyyət göstərən vergi ödəyicilərinə tətbiq edilir. Sual yaranır ki, işğaldan azad olunan ərazilərdən kənarda vergi uçotuna alınmaqla fəaliyyət göstərən vergi ödəyicilərinin bu güzəştlərdən yararlanması mümkündürmü?
Bəli, bu mümkündür. İşğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan (hüquqi (qeydiyyat) ünvanı işğaldan azad edilmiş ərazilərə aid olan), habelə hüquqi (qeydiyyat) ünvanı işğaldan azad edilmiş ərazilərə dəyişməklə yenidən uçota alınan hüquqi şəxslər və fərdi sahibkarlar eyni növ fəaliyyət üzrə işğaldan azad edilmiş ərazilərdən kənarda fəaliyyət göstərmədən yalnız işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərdiyi halda həmin vergi ödəyicilərinə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərin rezidentliyi və vergi güzəştləri tətbiq oluna bilər.“ (Vergiler.az)