Azərbaycanda əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi məsələsinə baxılacaq.
Eləcə də bax: Azərbaycanda ƏDV müvəqqəti ləğv edilir - SIYAHI
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) verilən məlumata görə, bununla yanaşı, ölkədə kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmini məsələsinə xüsusi diqqət yetirilir. Belə ki, Dövlət Taxıl Fondunda kifayət qədər buğda ehtiyatı var. Digər tərəfdən Azərbaycan ərzaqlıq buğdanın bir hissəsini əsasən Rusiya və Qazaxıstandan idxal edir və hazırda bununla bağlı müvafiq işlər aparılır. Kartofla bağlı da mövcud ehtiyatları tələbatın ödənilməsi üçün tam kifayət edir. Ölkədə faraş kartofda bazara çıxmaq ərəfəsindədir. Həmçinin soğanın və digər tərəvəzlərin də istehsal ilə bağlı vəziyyət tam olaraq qaydasındadır.
Rəsmi statistikaya görə, Azərbaycanın faktiki şəkər ehtiyatlarının həcmi 395 min tona bərabərdir və bu da yaxın aylarda daxili istehlakın ödənilməsində problemlərin olmayacağını göstərir.