2019-cu il yanvarın 1-i ilə bu il yanvarın 1-nə əmək müqavilələrinin sayı 33 faiz, qeyri-neft /özəl bölmə üzrə isə 82,1 faiz artıb.
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
O bildirib ki, bu il yanvarın 1-nə əmək müqavilələrinin sayında ən çox artım olan sahələr ticarət - 29,6%, xidmət - 22,7%, sənaye -12,9% təşkil edir. Maliyyə, rabitə, kənd təsərrüfatı və nəqliyyat sektorlarında 2,3-4,7% aralığında aşağı səviyyədə artım müşahidə edilib.
"Əmək müqavilələrinin 52,3%-i ticarət və xidmət sahələrinin payına düşür" deyə nazir əlavə edib.