Azərbaycanda əhaliyə indiyədək yarım milyard manatdan artıq ƏDV geri qaytarılıb.
Xəbəri olmadan adına tikinti şirkəti açıldı - 11 min manatdan çox vergi borcu yazıldı - VİDEO
FED.az xəbər verirki, təkcə 2024-cü ilin yanvar–mart ayları ərzində fiziki şəxs olan istehlakçılara 43,8 milyon manat ƏDV geri qaytarılıb. Bu məbləğ vətəndaşların pərakəndə ticarət, ictimai iaşə və tibbi xidmətlərə görə ödənişlərindən tutulan ƏFDV-dən yaranıb.
"Bu tələbə əməl edilmədikdə qida obyektinin təsdiqi ləğv ediləcək"
İndiyədək ƏDV-nin geri alınması üçün edvgerial.az portalında 2,7 milyondan çox istifadəçi qeydə alınıb. Layihənin tətbiq edildiyi vaxtdan 2024-cü ilin 1 aprel tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1,5 milyarddan çox kassa çeki üzrə 559,5 milyon manat ƏDV məbləği geri qaytarılıb.
Hesablama göstərir ki, vətəndaşlar ƏDV-nin geri almaq üçün ən kiçik məbləğli çekləri də toplayır. Belə ki, orta hesabla bir kassa çeki üzrə 37 qəpik ƏDV məbləği qaytarılıb.
“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.