1 may 2025-ci il tarixə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,2 faiz artaraq 816,7 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 3,8 faiz artaraq 54,8 min təşkil edib.
FED.az bu barədə Vergi Xidmətinə istinadən xəbər verir.
Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 2,6 faiz artıb və 223,1 min olub.