ƏDV-nin qaytarılması mexanizmi avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışına aid edilməyəcək.
Eləcə də bax: Spirtli içkilərin aksiz vergisinin artırılmasını nəzərdə tutan layihə - QƏBUL EDİLİB
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, sadəcə neft və qaz məhsulları ƏDV-nin qaytarılması mexanizmi tətbiq edilmirdi.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Azərbaycanda avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək
İxtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanun təklif edilən dəyişiklikdə əksini tapıb.