Xəbər verildiyi kimi, Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, 2026-cı ildən etibarən Azərbaycanda «ƏDV geri al» prosesi gözəllik salonlarına da aid olacaq. Yəni bu sahədə nağd və nağdsız ödənişlər edənlərə ƏDV-nin bir hissəsi geri qaytarılacaq.
10 manata saç kəsirik, nədən "ƏDV" verək? - Sahibkarlardən “ədv geri al”a - MÜNASİBƏT - VİDEO
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, indiyədək mövxud olan təcrübəyə əsasən «ƏDV geri al» sisteminin tətbiqi həmin sahədə şəffaflaşmaya, real dövriyyənin üzə çıxmasına, necə deyərlər «ağarmaya» səbəb olur.
Vergidə tətbiq olunacaq yenilikdən sonra eyni proseslərin gözəllik salonlarında da baş verəcəyi gözlənilir. Amma bu sahə üzrə ekspert, «Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək» İctimai Birliyin təsisçi sədri Elnarə Nəhmədova FED.az-a açıqlamasında bildirib ki, gözəllik salonlarının əksəriyyəti kiçik biznes olduğu üçün ƏDV ödəyicisi deyillər və bu yenilik onların fəaliyyətinə ciddi təsir etməyəcək: «Çoxsaylı gözəllik salonları var ki, hansı ki, kiçik biznes kimi fəaliyyət göstərir. Bu sahədə böyük sahibkarlar daha azdır. Ona görə də onların əksəriyyəti ƏDV ödəyicisi deyil. Amma bu gün şəffaf işləmək məcburiyyət deyil, artıq tələbdir», - deyə Elnarə Nəhmədova əlavə edib.










