İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və irəli sürdükləri təkliflərin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq və görüşlər davam etdirilir.
Aptek təşkilatçıları tibbi sığortanın subyektləri sırasına daxil edilir
FED.az xəbər verir ki, DVX-nin Vergi siyasəti Baş İdarəsi tərəfindən əczaçılıq sahəsində çalışan şirkətlərin və bu sektoru təmsil edən Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının nümayəndələri ilə növbəti görüş keçirilib. Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə, xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi imkanları və s. məsələlər müzakirə edilib.
Görüş zamanı assosiasiya nümayəndələri tərəfindən qarşılıqlı əməkdaşlıq formatında aparılan belə müzakirələrin əhəmiyyəti yüksək qiymətləndirilib. Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən dövlət – biznes əməkdaşlığının daha da genişləndirilməsinin prioritet olduğu və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərinin öyrənilməsi məqsədilə görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb. Sonda sahibkarlar tərəfindən konkret təkliflərin hazırlanaraq Dövlət Vergi Xidmətinə rəsmi qaydada təqdim edilməsinə dair razılıq əldə olunub.