2025-ci ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 7 843,3 milyon manat təşkil edib.
FED.az xəbər verir ki, bu mənbədən vergi daxilolmaları proqnozdan 423 milyon manat və ya 5,7 faiz çox icra edilib.