Azərbaycanın iri holdinqi “NEQSOL Holding”in iki aydır vakant olan vəzifəsinə yeni təyinat olub.
FED.az xəbər verir ki, Toğrul Əhmədov “NEQSOL Holding”in Baş hüquq inzibatçısı təyin edilib.
T.Əhmədov enerji sektorunda 17 illik hüquq təcrübəsinə malikdir. O, 2020-ci ilin dekabrından İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təyinat alıb. 2021-ci ilin yanvarından 2021-ci ilin dekabrına qədər İnsan resursları departamentinin direktor müavini kimi çalışırdı. Daha əvvəl isə “BP Azerbaijan”da çalışıb.
Bildirək ki, Emin Kərimov 2018-ci ilin mayından 2021-ci ilin fevralına qədər “NEQSOL Holding”in Baş hüquq inzibatçısı vəzifəsini icra edib. Bu cari ilin ilk rübündə holdinqdən ayrıldığını açıqlamışdı.(Banker)