Fevralın 25-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda sahibkarların iştirakı ilə videoformatda forum keçirəcək.
FED.az bu barədə quruma istinadən xəbər verir.
"Sahibkarlıq subyektlərindən forum zamanı müzakirə üçün vergi sahəsində qarşılaşdıqları məsələlər barədə, həmçinin vergi qanunvericiliyinə dair suallarını və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini [email protected] elektron poçt ünvanına göndərmələri tövsiyə olunur", - deyə Dövlət Vergi Xidməti bəyan edib.