3 ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Aktiv ƏDV ödəyicilərinin sayı - 13,2 FAİZ ARTIB
Bu, Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsində, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 339 min 553 vahid artıb və bu il dekabrın 1-nə 1 milyon 741 min 468 olub.
Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 287 min 572 vahid artaraq 827 min 494 təşkil edib. (Marja)