İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 20 sentyabr 2023-cü il tarixdən hüquq və digər ixtisas sahələri, o cümlədən Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində istintaq, təhqiqat, əməliyyat-axtarış və hüquq sahələri üzrə vakant vəzifələrə işə qəbulla bağlı müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 21.09.2023-cü il saat 10:00-dan 19.10.2023-cü il saat 23:59-dək həyata keçiriləcək. Müsabiqənin test imtahanı mərhələsi 05.11.2023-cü il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.