Bu ilin 9 ayının nəticələrinə görə, bütün vergi daxilolmalarının 94%-dən çoxu sahibkarlar tərəfindən könüllü əməletmə nəticəsində reallaşdırılıb.
"Büdcə zərfində fiskal risklərin qeyd edilməsi məqsədəuyğun olardı"
FED.az xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin (DVX) Rəis müavini Samirə Musayeva deyib.
O bildirib ki, dövlət büdcəsinin fiskal yığımlarının 80%-i DVX tərəfindən təmin edilib.
Bunlara təkcə vergilər deyil, sosial sığorta daxilolmaları, icbari sığorta yığımları, işsizlikdən sığorta yığımları və digər daxilolmalar aiddir.
"Bütün bunlar sahibkarların vergi əməletmələrinin intizamının artırılması ilə bağlıdır" - deyə Samirə Musayeva əlavə edib. (Apa)