Cari ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 787 milyon 410,5 min manat vergi daxil olub.
Eləcə də bax: Azərbaycanda yeni vergi güzəştləri başlayır – HÖKUMƏT AÇIQLADI - SİYAHI
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 67,8 faiz və ya 4 milyard manata yaxın artıb. Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 698 milyon 769,6 min manat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 33,6 faiz və ya 1 milyard 434,8 milyon manat artıb.