Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə vergi daxilolmaları 10 milyard 451,4 milyon manat təşkil edib.
Eləcə də bax: Hökumətin dövlət büdcəsini necə xərclədiyi - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 milyard 97 milyon manat və ya 64,5 faiz çoxdur. Vergi daxilolmalarındakı dinamika iqtisadi bərpanın və iqtisadiyyatda şəffaflığın təşviqinin nəticəsidir.