Sahibkarlara qanunvericilikdə nəzərdə tutulan həddən artıq, daha çox vəsaiti nağdlaşdırmaları üçün əlavə 4 % vergi tətbiq edilsin.
Vətəndaşlar bərbərxana, gözəllik və kosmetoloji xidmətlərə görə ödədikləri ƏDV-nin bir hissəsini geri ala biləcəklər
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev bildirib ki, sahibkarla onsuz da fərqli yollar tapırlar, bəzi şirkətlər vasitəsilə gəlirlərinin bir hissəsini itirərək bunu edirlər: “Bunun üçün əlavə 4 % vergi tətbiq edilsin, onlar buna razıdılar. Biz bunu etsək, vəsait də hansısa şirkətlərə yox, büdcəyə gedər”.
Qeyd edək ki, hazırda mövcud qanunvericiliyə əsasən, sahibkarlar ay ərzində 15 min manata qədər vəsaiti nağdılaşdıra bilərlər. (Apa)










