Məişət tullantılarının çeşidlənməsi ilə bağlı problemi dəfələrlə qaldırmışam.
“Aqroeksport”: Azərbaycan 2027-ci ilə qədər ev heyvanları üçün yem idxalını 40 %-dən çox artıracaq
FED.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fatma Yıldırım deyib.
Deputat bildirib ki, ən azından sahibkarlar məişət tullantılarının çeşidlənməsinə başlamalıdır: “Artıq cəmiyyət məişət tullantılarının yenidən emala getməsinə hazır olmalıdır. Biz yaşıl enerjiyə keçid mərhələsindəyik”.
Fatma Yıldırım heyvan haqları ilə bağlı cəmiyyətdə narahatlığa diqqət çəkib: “Sahibsiz heyvanlara qida almaq istəyən vətəndaşlarımız, heyvansevər insanlarımız var. Təklif edirəm ki, heyvan qidaları əlavə dəyər vergisindən, digər vergilərdən azad edilsin. Bu, şərait yaradacaq ki, sahibsiz heyvanları sahiblənməsələr də, heyvansevərlər onlara qida alıb verə bilsinlər”. (Apa)