Poçt xidməti göstərən şirkət kassa aparatı qoymalıdırmı?
Eləcə də bax: "Düzgün işləyənlə vergidən yayınana fərq qoyulacaq" - VERGİDƏN AÇIQLAMA
FED.az Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən verilən məlumata istinadən xəbər verir ki, nəzarət-kassa aparatları pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün tələb olunur. Sözügedən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən isə nağd hesablaşmalar zamanı xidmətlərin alıcısına forması Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş ciddi hesabat blankı olan mədaxil qəbzi təqdim edilməlidir.