2023-cü ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52.4% artıb.
Naxçıvanda DVX-nin 7 idarəsi ləğv edilib, 3 Ərazi vergilər idarəsi yaradılıb
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
İlin ilk 4 ayında 7 mlrd. 672,2 mln. manat təşkil edib.
Bu müddətdə qeyri neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16.7% artaraq 4 mlrd. 3.4 mln. manat olub.
“Vergi daxilolmalarının artımında “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması istiqamətində atılan addımların əhəmiyyətli rolu var”- deyə, nazir bildirib.