Prezident İlham Əliyev “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Azərbaycanda bu vəzifələrə qəbul da test imtahanı ilə olacaq - DƏYİŞİKLİK
FED.az xəbər verir ki, fərmana əsasən, informasiya texnologiyaları sahəsində və ali və baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrə qəbul olunmaq üçün müraciət edən şəxslər müsabiqənin test imtahanı mərhələsindən azad edilirlər.