Vergilər

Bu ölkədə dollardan - VERGİ TUTULACAQ – İLK DƏFƏ

Bu ölkədə dollardan - VERGİ TUTULACAQ – İLK DƏFƏ | FED.az
08:56 27 Yan 2020

Venesuela hökuməti ölkədə sürətlə artan dollarla əməliyyatlardan vergi tutmaq niyyətindədir.

FED.az xərici mətbuata istinadən xəbər verir ki, oxşar vergi avro və kriptovalyuta ilə əməliyyatlara da tətbiq edilə bilər. İstisna yalnız Venesuelanın özünün buraxdığı yerli kriptovalyuta «Petro» olacaq.

Eləcə də bax: "Ziraat Bank" Venesuela ilə əməkdaşlıq edirmiş

Qeyd edək ki, artıq uzun müddətdir ki, Venesuela əhalisi böhran və böyük inflyasiya səbəbindən gündəlik xərclərlə əməliyyatlar üçün əsasən dollardan istifadə edir. Ölkənin paytaxtı Karakasda supermarket, ticarət mərkəzləri və restoranlarda ödənişlərin böyük hissəsi dollarla edilir. 2020-ci ildə isə, pronoza görə, bütün əməliyyatların 70%-i dollarla olacaq.

Yerli valyuta  - volivarla isə yalnız kiçik məbləğli ödənişlər edilir, məsələn parkinq pulu ödənilir. Dollardan vergi tutulması Venesuelanın dövlət büdcəsinin gəlirlərini artıra bilər. Dövlətin valyuta ehtiyatları son 30 ildə ən aşağı həddə – cəmi bir milyard dollara düşüb.

Digər xəbərlər

Banner