Bu il iyun ayının 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 854 607 olub.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 452 692 vahid çoxdur.
Qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 410 704 vahid artaraq 950 626 təşkil edib.