“Media subyektlərinə tətbiq edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək”.
Media subyektlərinin məhsullarının təqdim edilməsi - ƏDV-dən AZAD EDİLİR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iclasında media subyektlərinə güzəştlərin tətbiqi il bağlı Vergi Məcəlləsinə dəyişikliyin müzakirəsi zamanı deyib.
“Azərbaycandan xaricə milyonlarla reklam pulları axır. Sosial şəbəkələrə baxsaq, bunu görə bilərik. Bu gün sosial şəbəkələr reklam baxımından media subyektlərini üstələyir, onların daha çevik alətləri var. Amma bu qanuna vergi dəyişiklikləri media subyektlərinə də daha çevik işləməyə imkan verəcək”,- deyə deputat bildirib.