2023-cü il iyunun 30-na Azərbaycanın dövlət büdcəsinə vergi borcları 2 milyard 806,9 milyon manat məbləğində qiymətləndirilir.
FED.az Hesabalama Palatasnın birinci yarım il ərzində dövlət büdcəsinin icrası üzrə icmalına istinadən xəbər verir ki, yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinə vergi borcları 404,2 milyon manat (16,8% - İF) – 2 milyard 806,9 milyon manatadək artıb.
Palatanın məlumatına göər, vergilərin strukturunda 7,2% neft-qaz sektoru, 92,8% qeyri neft-qaz sektorunun payına düşür. Həmçinin, cari ilin yanvar-iyun aylarında neft-qaz sektorunda vergi ödəyicilərinin payı 2,4 dəfə, qeyri neft-qaz sektorunda - 12,4% artıb.
Qeyri neft-qaz sektorunun strukturunda vergi borcları aşağıdakı şəkildə formalaşıb: özəl sektor üzrə - 2 milyard 213,5 milyon manat, xarici şirkətlər üzrə - 165,4 milyon manat, dövlət şirkətləri üzrə - 176,8milyon manat, birgə müəssisələr üzrə - 48,4 milyon manat, bələdiyyələr üzrə - 0,1 milyon manat.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinə vergi borcları 24,2% artıb. 2022-ci ilin sonuna 92,5 min vergi ödəyicisinin vergi borcu olub. (İnterfaks-Azərbaycan)