“Binə” və “Sədərək” ticarət mərkəzlərində nəzarət kassa aparatlarının və POS-terminalların quraşdırılması ilə bağlı heç bir iş görmək mümkün deyil”.
FED.az xəbər verir ki, bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Eləcə də bax: Sığorta şirkətləri "Sədərək"lə "Binə"yə - YAXIN DURMUR - AÇIQLAMA
“Həm Vergilər Nazirliyi, həm də Dövlət Gömrük Komitəsi ticarət mərkəzlərindəki dövriyyənin rəsmiləşdirilməsi ilə bağlı xeyli iş görüb və bu gün də görməkdədir. Ortalıqda sənədsiz, fakturasız mallar mövcuddur. Bununla bağlı sahibkarlar və həmin ticarət mərkəzlərinin rəhbərləri ilə görüşlər keçirilib. Mən inanıram ki, onlar da bu məsələdə maraqlıdırlar. Ancaq qaimə-faktura və uçotun olmaması nəticəsində nəzarət kassa aparatlarının və POS-terminalların quraşdırılması mümkün deyil”, - o əlavə edib.
Report