Yüklər Rusiya Federasiyası ərazisi ilə bizim gömrük məntəqəsinə qədər daşınarsa və ya Heydər Əliyev Beynəlxalq Hava Limanına qədər xarici şirkət tərəfindən daşınarsa, bu, beynəlxalq daşıma sayılırmı?
Elektron ticarət zamanı ƏDV tutulması necə həyata keçirilir?
FED.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinin müddəalarına əsasən, beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.
Vergi Məcəlləsinin 125.1.4-cü maddəsində isə göstərilir ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri – 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.
Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir.
Buna əsasən, yüklərin Rusiyadan Azərbaycandakı təyinat (göndərilmə) məntəqəsinə gətirilməsi üzrə göstərilən daşıma xidmətlərinə görə qeyri-rezidentə aparılan ödəmələrdən 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutularaq dövlət büdcəsinə ödənilir.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 125-ci maddələri.