Beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğulam, bu yaxınlarda ƏDV ödəyicisi olmuşam. Yerli şirkətlərlə müqavilə bağlayıb, xaricdən gətiriləcək yükləri Azərbaycana və ya ölkədən xaricə yükdaşıması həyata keçirirəm. Bilmək istərdim ki, elektron qaimə-fakturanı necə göndərməliyəm, ƏDV-dən azad olunan, yoxsa ƏDV-yə “0” dərəcə ilə cəlb edilən kimi?
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər - QƏBUL EDİLİB
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 165.1.4-cü maddəsində təsbit edilib ki, beynəlxalq yük daşınması ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb edilir. Buna əsasən, qeyd olunan xidmətlərin dəyəri elektron qaimə-fakturanın “o cümlədən, ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatların dəyəri” sütununda göstərilir.
Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 165.1.4-cü maddələri və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydası”